AZ

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 256 nəfərə çatıb

Hindistanın cənubundakı Kerala əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşmələrindən sonra başladılan xilasetmə işlərinin üçüncü günündə ölənlərin sayının 256-ya yüksəldiyi bildirilib.
Elchi.az India Today-ə istinadən xəbər verir ki, Kerala əyalətinin səhiyyə naziri Veena Corc qeyd edib ki, sürüşmə nəticəsində itkin düşdüyü bildirilən 220-dən çox adam üçün xilasetmə işləri fasiləsiz davam edir.
Corc, sürüşmə nəticəsində yaranan fəlakətdə ölənlərin sayının 256-ya yüksəldiyini, ən azı 200 nəfərin yaralandığını bildirib.
Sürüşmələrdə 1100-dən çox axtarış-xilasetmə heyətinin iştirak etdiyi açıqlanıb. Səlahiyyətlilər Keralanın indiyə qədər ən pis təbii fəlakətlərdən biri ilə üzləşdiyini bildirib.
Təsirə məruz qalan bölgədə bir körpünün uçmasından sonra Hindistan ordusunun müvəqqəti körpünün tikintisinə başlayarkən əyalətdə 1500 əsgərin yerləşdirildiyi açıqlanıb.
Bildirilib ki, ştatda təbii fəlakətdən zərər çəkmiş 8300-dən çox insan 82 yardım düşərgəsinə təxliyə edilib və hökumət bu düşərgələri ərzaq və ilkin tələbat malları ilə təmin edib.
İyulun 30-da yağan güclü yağışlar nəticəsində Kerala ştatında torpaq sürüşmələri baş verib, infrastruktura və yollara ciddi ziyan dəyib. Təbii fəlakətdən zərər çəkmiş Çoralmala kəndində 200 ev dağılıb.
Hindistanın baş naziri Narendra Modi X hesabında yazıb: “Dualarım yaralananlarla və yaxınlarını itirənlərin hamısı ilədir”. paylaşıb.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
elchi.az

2Mənbələr