Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Quliyev "Turan Tovuz"dan ayrılıb.
AzxeberSport xəbər verir ki, 32 yaşlı müdafiəçi “İmişli”yə keçib. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Quliyevlə razılaşmanın detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, T. Quliyev “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Şamaxı”da da çıxış edib.