AZ

PSJ-dən "Real Sosyedad"a

PSJ-nin yarımmüdafiəçisi Karlos Soler karyerasını "Real Sosyedad"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O La Liqa klubunun 27 yaşlı futbolçunun transferi ilə bağlı yaxın vaxtlarda parislilərlə razılığa gəlməyə hazırlaşdığını qeyd edib.

İspan futbolçu "Arsenal" klubuna keçməyə yaxın olan Mikel Merinonun əvəzedicisi olacaq.

Qeyd edək ki, Solerin transfer dəyəri ekspertlər tərəfindən 20 milyon avro dəyərində qiymətləndirilib. Xatırladaq ki, Karlos Soler ötən mövsüm Paris təmsilçisinin heyətində Fransa çempionatında 24 oyun keçirib və iki qol vurub və iki məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
90deqiqe.az

1Mənbələr