AZ

ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, FED iyul iclasında uçot dərəcəsini dəyişməyərək 5,25-5,50 faiz səviyyəsində saxlayıb. Faiz qərarı yekdilliklə qəbul edilib.

Qeyd edək ki, iqtisadçılar da faiz dərəcələrində dəyişiklik gözləmirdilər. Məlum olduğu kimi, FED 2023-cü ilin iyul ayından etibarən faiz dərəcələrini bu səviyyədə saxlayır.

Səlahiyyətlilər inflyasiyanın zəifləməsi və əmək bazarındakı soyuma ilə borclanma xərclərini azaltmağa yaxın olduqlarına dair işarələr veriblər. 

Vaşinqtonda iki gün davam edən iclasdan sonra dərc olunan qərar mətnində inflyasiyanın son aylarda 2 faizlik hədəfə doğru daha da irəlilədiyi, məşğulluq və inflyasiya hədəflərinə qarşı risklərin daha tarazlı olmağa davam etdiyi bildirilib. Mətndə məşğulluğun yavaşladığı, lakin işsizlik səviyyəsinin hələ də aşağı olduğu vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
banco.az

1Mənbələr