AZ

Ukrayna tezliklə ABŞ-dan 3,9 milyard dollar alacaq - Maaşlar üçün

Ukrayna tezliklə ABŞ-dan 3,9 milyard dollar alacaq.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, vəsait müəllimlərin, dövlət qurumu əməkdaşlarının, dövlət qulluqçularının maaşlarının ödənilməsinə, o cümlədən məcburi köçkünlərə, aztəminatlı ailələrə və əlillərə ödənişlərə yönəldiləcək.

 

Bu, 2024-cü ildə ABŞ-dan birbaşa büdcə dəstəyinin ilk tranşıdır. Amerikanın bu il üçün nəzərdə tutulan maliyyə yardımının həcmi 7,8 milyard dollardır.

Seçilən
22
1
modern.az

2Mənbələr