“Downdetector”un məlumatlarına görə, Rusiyadakı istifadəçilər bu gün səhər saatlarından etibarən “YouTube”a giriş problemi olduğunu bildirməyə başlayıblar.

İndex.az xəbər verir ki, bəzi istifadəçilər mobil telefonlarından “YouTube”a girişin yavaşladığını bildirsələr də, saytdakı videoların kompüter kimi digər cihazlardan artıq yüklənmədiyini bildirirlər.

Kremlin sözçüsü Dmitri Peskov mövzu ilə bağlı verdiyi açıqlamada deyib: “Mən heç nə deyə bilmərəm. Telefon normal işləyir, hər şey yüklənir”.

Rusiya parlamentinin aşağı palatası Dumanın İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Hinstein isə iyulun 26-da verdiyi açıqlamada demişdi: “Rusiyada əvvəlcə “Facebook”, X və “Instagram” kimi saytlara giriş qadağan edildiyinə görə “YouTube”un sürəti 70% azalacaq”.