AZ

PSJ-nin uruqvaylı futbolçu ilə bağlı şərti var

PSJ ötən yay “Sportinq”dən komandaya qoşulan Manuel Uqarte ilə ayrılmağa hazırdır.



Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, Paris klubu uruqvaylı futbolçunu icarəyə verməkdən çəkinmir, ancaq müqavilədə geri satınalma variantının olması şərtilə. “Mançester Yunayted” yarımmüdafiəçiyə əsas namizəd olaraq qalır.



Uqarte Luis Enrikenin rəhbərliyi altında debüt mövsümündə PSJ-nin start heyətində özünü sübut edə bilməyib.



23 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasına keçməyə açıqdır. Bir il əvvəl “Çelsi” futbolçu ilə maraqlansa da, onun uğrunda yarışda PSJ qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərManuel Uqarte PSJ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
komanda.az

1Mənbələr