AZ

FərdiAzərbaycan millisinin basketbolçusu: Ruhdan düşmək olmaz

Ruhdan düşmək olmaz.

Bunu "Report"un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova deyib.

Yığma üzvü Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Fransaya qarşı keçirdikləri matçla bağlı danışıb:

"Qarşımıza qoyulan vəzifənin öhtəsindən gələ bilmədik. Öz səhvlərimiz ucbatından məğlub olduq. Rəqib komandanın aqressiv oyununa qarşılıq verə bilmədik. Bütün bunlar məğlubiyyətə gətirib çıxardı. Bununla belə, ruhdan düşməyəcəyik. Qarşıda bizi Almaniya ilə növbəti matç gözləyir. Xüsusi ilə taktiki cəhətdən yaxşı hazırlaşacağıq. Qarşıda bir neçə oyun var. Ruhdan düşmək olmaz".

Qeyd edək ki, Azərbaycanın 3x3 basketbol millisi son görüşündə Fransaya 10:15 hesabı ilə uduzub. Ratomir Deliçin yetirmələri bu gün Almaniya ilə növbəti matçına çıxacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
far.az

2Mənbələr