AZ

Rüfət Həmzəyev AzTV-dən getdi!

Rüfət Həmzəyev AzTV-dən getdi!

AzTV-nin sədr müavini Rüfət Həmzəyev kanalla yollarını ayırıb.

OLAY yazır ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

“Hörmətli dostlar və həmkarlar, Azərbaycan Televiziyası (AzTV) ilə münasibətlərimizin rəsmi hissəsi başa çatsa da, üç onilliyə əsaslanan mənəvi hissəsi daimi olaraq qalacaq. 1993-cü ildən uşaq verilişlərində iştirakçı/aparıcı qismində başlayan yol 2010-cu ildən təcrübəçi/rəsmi iş yerinin ilk və yeganə ünvanı ilə əvəzləndi; 2020-2024-cü illərdə Prezident İlham Əliyevin Sərəncamı ilə sədr müavinliyinə qədər böyük məsafə qət etdi.

“Bəşəri çağırış” (2017), “Xalqın partiyası. YAP” (2019), “Kod adı: NALYOTÇİK” (2020), “Ata vəsiyyəti” (2020), “Mehdi Hüseyn küçəsi, 1” (2021), “PREZİDENT. Təkrarsız diplomatiya” (2021), “Generalın planı” (2023), “-28, +4466” (2023), “PREZİDENT. Suverenliyin bərpası” (2023) və digər sənədli filmlər; “Heydər Əliyev ili” çərçivəsində Ümummilli Liderin təhlükəsizlik təşkilatındakı fəaliyyətinə həsr olunan “Konfidensial” layihəsi (“Naturalist”, “Port-Pəhləvi”, “Xankəndi-1967”); “Günün nəbzi”, “Əsas məsələ” tok-şouları, reportajlar və başqa layihələr çərçivəsində əməkdaşlıq etdiyimiz bütün heyət üzvlərinə böyük minnətdarlığım var.

Televiziya - qarşılıqlı surətdə bir-birindən öyrənmə və daimi təkmilləşmə işidir. Bu uzun zaman müddətində bizə inanan, yol göstərən, öyrədən, dəstək olan, izləyən hər bir kəsə ayrıca təşəkkürlər!

İndi isə eyni dəyərlərlə yeni dövr vaxtıdır”.

Qeyd edək ki, R.Həmzəyev bu vəzifəyə 2020-ci ilin fevralında təyinat almışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
olay.az

2Mənbələr