AZ

Dani "Barselona"ya keçməyə razılaşdı

"RB Leipzig" yarımmüdafiəçisi Dani Olmo "Barselona"ya keçməkdə maraqlıdır. Sport24.az xəbər verir ki, o, Katalan klubunun şərtlərini qəbul etməyə razılaşıb.
 
Hazırda İspaniya klubu və "RB Leipzig" müqavilənin maliyyə şərtlərini müzakirə edirlər.
 
Transfermarkt 26 yaşlı yarımmüdafiəçinin dəyərini 60 milyon avro olaraq qiymətləndirir. Keçən mövsüm Olmo "RB Leipzig" üçün 25 oyunda 8 qol vurub və 5 asist edib. Euro 2024-də isə İspaniya milli komandasında 6 oyunda iştirak edən yarımmüdafiəçi 3 qol vurub, 2 asist edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
sport24.az

1Mənbələr