AZ

Tramp sui-qəsd yerinə qayıtdı

ABŞ-ın keçmiş prezidenti və noyabr seçkilərində yenidən prezidentliyə namizəd olan Donald Tramp iyulun 13-də Pensilvaniyada mitinqdə çıxış edərkən silahlı hücuma məruz qalmışdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, sui-qəsd cəhdindən iki həftə sonra eyni məkanda mitinq keçirən Tramp seçicilərinə sürpriz edib...

Trampın seçki kampaniyası zamanı çıxış edərkən damda gizlənən təcavüzkar tərəfindən hədəfə alınaraq qulağından vurulması həftələrdir gündəmdədir.

Hücumdan möcüzəvi şəkildə xilas olmasının ardından seçkilərdə səsvermə nisbətləri yüksələn Tramp Pensilvaniya ştatının Butler şəhərindəki mitinqdəki çıxışına siyasi gündəminin ilk gündəm mövzularından olan “immiqrant məsələsi” ilə başlayıb.

Tramp onu dinləməyə gələn tərəfdarlarına səhnə arxasında Amerika sərhədini qanunsuz keçən insanların sayını göstərən masanı göstərərək rəqibi Co Baydenin immiqrasiya siyasətini tənqid edib.

Səhnədən təxminən 150 metr aralıda damda gizlənən hücumçu Trampın "Ölkəmizdə burada olmaması lazım olan milyonlarla insan var" dediyi anda tətiyi çəkib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
sia.az

1Mənbələr