AZ

CONMEBOL Amerika Kubokunun rəmzi yığmasını açıqladı

CONMEBOL ABŞ-da keçirilmiş 2024-cü il Amerika Kubokunun ən yaxşı futbolçularından ibarət rəmzi komandanı təqdim edib.

Arena.az CONMEBOL-un müvafiq seçimini təqdim edir:

Qapıçı: Emiliano Martines (Argentina);

Müdafiəçilər: Alister Conston (Kanada), Kristian Romero (Argentina), Davinson Sançes (Kolumbiya), Pyero İnkapye (Ekvador);

Yarımmüdafiəçilər: Rodriqo De Paul (Argentina), Manuel Uqarte (Uruqvay), Xames Rodriges (Kolumbiya);

Hücumçular: Lionel Messi, Lautaro Martines (hər ikisi – Argentina), Rafinya (Braziliya).

Xatırladaq ki, Argentina yığması Amerika Kubokunun finalında Kolumbiya yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək, 16-cı dəfə yarışın qalibi olub və mütləq rekord müəyyənləşdirib. Müvafiq göstəricidə Uruqvay 2-ci nəticəyə malikdir – 15 qalibiyyət. İlk üçlüyü isə Amerika Kubokunda 9 qalibiyyətlə Braziliya millisi qapayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
arena.az

1Mənbələr