AZ

Rusiyadan F-16-lara təhlükə: "Onlar vurulacaq..."

NATO müttəfiqlərinin tədarük vəd etdiyi F-16 təyyarələrinin Ukraynaya çatdığı iddia edilərkən, Rusiyadan sərt açıqlama gəldi. Kremlin sözçüsü Dmitri Peskov F-16-larla bağlı "onlar vurulacaq" deyib.

Turkustan.az xəbər verir ki, Krelim Administrasiyası Ukraynaya təhvil verildiyi iddia edilən F-16-ların döyüş meydanında təsirsiz olacağını və hamısının vurulacağını açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov, "Onların sayı getdikcə azalacaq, güllələnəcəklər... Amma təbii ki, bu çatdırılmaların cəbhədəki hadisələrin inkişafına ciddi təsiri olmayacaq" deyib. Rusiya prezidenti Vladimir Putin də mart ayında Rusiyanın NATO ilə döyüşməyəcəyini, lakin F-16-ların vurulacağını bəyan etmişdi.

Kreml bu açıqlamanı təyyarələrin Ukraynaya çatdığı iddia ediləndən sonra verib. Litvanın xarici işlər naziri Qabrielius Landsbergis dünən X hesabında etdiyi paylaşımda "F-16-lar Ukraynadadır. Başqa bir qeyri-mümkün şey tamamilə mümkün oldu" dedi. O bildirib: Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak “Biz bu məsələ ilə bağlı heç bir şərh verməyəcəyik” deyib.

Ukrayna iki ildən artıqdır ki, Qərb müttəfiqlərindən ABŞ istehsalı olan F-16 qırıcıları istəyir. Bu təyyarələr uzun müddətdir ki, Kiyevin Qərb himayədarlarından tələb etdiyi hərbi texnika siyahısının mərkəzi hissəsi kimi görünür.

Rusiyanın son aylarda intensiv hava hücumları təşkil etdiyi bir mühitdə prezident Vladimir Zelenski müttəfiqləri ilə görüşlərdə Ukraynanın hava hücumundan müdafiəsini təkmilləşdirməyi gündəmdə birinci yerə qoyub.

Rusiyanın Ukraynaya müdaxiləsi 2022-ci ildə başlayıb. Ukrayna Rusiya ordusunu Kiyev və Xarkov vilayətlərindən dəf etsə də, müharibə daha çox Ukraynanın cənub-şərqində və Donbass bölgəsində qalıb. Rusiya vaxtaşırı Ukraynanın böyük şəhərlərinə raket və PUA hücumları təşkil edir. Ekspertlər F-16-ların Ukraynaya gəlməsinin müharibənin gedişatını dəyişə biləcəyini və bu təyyarələrin vurulacağı təqdirdə NATO-nun müharibəyə cəlb oluna biləcəyini deyirlər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
turkustan.az

1Mənbələr