AZ

Gürcüstanın buna həvəsi varsa, biz hazırıq - Matviyenko

Rusiya və Gürcüstan parlamentləri hələ də bir-biri ilə əlaqə saxlamır, lakin Gürcüstan tərəfinin istəyi olarsa, Rusiya hakimiyyəti dialoqa hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Təəssüf ki, hələlik təmaslar yoxdur, əlbəttə ki, bu bizim günahımız deyil, Gürcüstanda çətin siyasi proseslər gedir, çox şey yenidən düşünülür. Əgər Gürcüstanın dialoqa həvəsi varsa, biz elə indi hazırıq”, - Matviyenko bildirib.

Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsindən sonra Rusiya birtərəfli qaydada Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb və Tiflis buna cavab olaraq Moskva ilə diplomatik münasibətləri kəsib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
3
axar.az

4Mənbələr