AZ

Ərdoğan Roma Papası ilə telefonda danışıb və ondan xahiş etdi: "Gəlin birgə mübarizə aparaq..."

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Katolik Xristianların Ruhani Lideri və Vatikanın prezidenti Papa Fransisk ilə telefonla danışıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan telefon danışığında Paris Olimpiya Oyunlarının açılışında nümayiş etdirilən əxlaqsız görümtülərdən söz açıb, bildirib ki, bu, hiddətə səbəb olub: "İfadə azadlığı və tolerantlıq pərdəsi altında insan ləyaqətinin tapdalanması, dini və əxlaqi dəyərlərin ələ salınması xristian dünyası qədər müsəlmanları da incitdi. Biz birlikdə belə iyrənc hallara qarşı əsimizi ucaltmalı və bunlara qarşı ortaq mövqe nümayiş etdirməliyik. Olimpiya Oyunlarında dini dəyərlərə meydan oxumaq mənəvi çöküşün həyəcan siqnalıdır".

Prezident Ərdoğan İsrailin Qəzzaya hücumlarının soyqırıma çevrildiyini də deyib: “HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi və Livana hücumun İsrailin bütün bölgə, dünya və insanlıq üçün təhlükə olduğunu bir daha nümayiş etdirib".

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
49
1
mia.az

2Mənbələr