AZ

“İnsanlar biri-birlərinin hərəkətinə güzgü tutmağı bacarmalıdır“ - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Küçə mədəniyyəti, ictimai mədəniyyət hesab edirəm ki, ictimai şüurun bir forması kimi hələ körpəlikdən ailələrdə formalaşmalıdır. Valideynlər övladlarına ictimai yerlərdə davranış qaydalarını öyrətməlidirlər. Həmçinin bu qaydalar məktəbəqədər müəssisələr, orta və ali məktəblərdə mütəmadi olaraq fənlər çərçivəsində uşaqlara aşılanmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, cəmiyyət özünü tənzimləyən sistem kimi proseslərə biganə qalmamalıdır: “İnsanlar küçələrdə, ictimai yerlərdə davranış qaydalarında olan pozuntulara laqeyd yanaşmamalı, reaksiya verməlidirlər. İnsanlar biri-birlərinin hərəkətinə güzgü tutmağı bacarmalıdır. Amma bu güzgü də sağlam, qərəzsiz olmalıdır.
Bizim cəmiyyətimiz ənənəvidir və bu cür cəmiyyətlərdə hər zaman “böyük-kiçik” məsələsi gündəmdə olub. Bu mənada da cəmiyyət hər zaman özü-özünü tənzimləyib. Çalışmalıyıq ki, bu dəyərlərimizi qoruyaq və davranışlarımıza nəzarət mexanizmi kimi öz gücünü saxlasın. Sosiallaşma institutları kimi ailə, kollektiv, media, sosial şəbəkələr sözügedən istiqamətdə birgə çalışmalıdır.

Hazırda bir çox yerlərdə siqarətdən istifadə ilə qaydalar pozulur. İnsanlar parklarda belə təmiz hava üzünə həsrət qalıblar. Siqarət çəkmək psixoloji gücə sahib bir prosesdir. İnsanlar biri-birlərinə baxaraq örnək götürürlər. Son illərdə Azərbaycanda daha çox qızların siqarət çəkməyə meyillənməsi də çox təəssüf doğuran məsələdir. Bu çox qorxulu bir tendensiyadır. Buna görə də bu istiqamətdə maksimum çalışıb, tədbirlər görməliyik”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
sia.az

1Mənbələr