AZ

Motorola Edge 50 təqdim edilib - QİYMƏTİ

     Motorola daha öncə də söz vermiş olduğu kimi Motorola Edge 50 smartfonunu təqdim edib. Bu yeni smartfon dözümlü gövdəsi, böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Motorola Edge 50-nin gövdəsi MIL-STD810H hərbi standartının tələblərinə cavab verir. Bu isə o deməkdir ki, onun gövdəsi zərbələrə, yüksək və aşağı temperatur şəraitlərinə dözümlüdür. Üstəlik smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyini əldə edib. Motorola Edge 50 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1900 nit təşkil edir və o üstəlik Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.     Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Motorola Edge 50 Snapdragon 7 Gen 1 Accelerated Edition prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 13 MP + 10 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Üstəlik smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Motorola Edge 50 qutudan Android 14 vasitəsilə çalışır. Smartfon 8 avqust tarixində satışa çıxacaq və onun qiyməti 335$ təşkil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
technote.az

2Mənbələr