AZ

Xiaomi 15-in ekran, kamera və batareya göstəriciləri açıqlanıb

    İnsayderlər yaxın aylar ərzində təqdim ediləcək Xiaomi 15 smartfonunun texniki imkanları barəsində məlumatları bölüşüblər. Beləliklə insayderlərin sözlərinə əsasən Xiaomi 15 smartfonu 6.36 düym ölçülü ekranla təchiz olunacaq. Çox güman ki, bu, OLED ekran olacaq və o, 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək.       Bundan əlavə olaraq smartfon 5200 mAh enerji tutumlu batareyanı əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi 14 smartfonu 4610 mAh enerji tutumlu batareyaya sahibdir. İnsayderlər bildiriblər ki, kameralar mövzusunda Xiaomi 15 özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcək. Qeyd etmək lazımdır ki, smartfonun Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Xiaomi 15-in Xiaomi 15 Pro ilə birlikdə oktyabr ayında təqdim olunacağı güman edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
technote.az

1Mənbələr