AZ

Xiaomi-nin bəzi smartfonlarının nə qədər müddət ərzində dəstəklənəcəkləri məlum olub

     Xiaomi şirkəti öz Security Center səhifəsini yeniləyib və bunun sayəsində qlobal bazarda bəzi Xiaomi cihazlarının nə qədər müddət ərzində dəstəklənəcəkləri məlum olub. Beləliklə məlum olub ki, Xiaomi-nin flaqman smartfonları 5 illik dəstək müddətinə sahib olacaq. Yəni həmin smartfonlar proqram təminatı yenilənmələrini 2029-cu ilə qədər əldə edəcəklər. Söhbət, Xiaomi 14, Xiaomi 14 Ultra, Xiaomi 13, Xiaomi 13 Pro və Xiaomi 13 Ultra smartfonlarından gedir.     Xiaomi 12T, Xiaomi 12T Pro, Xiaomi 13 Lite, Xiaomi 12 və Xiaomi 12 Pro smartfonları isə 4 il dəstək müddətinə sahib olacaqlar. Maraqlısı ondadır ki, 4 illik dəstək müddətinə şirkətin həmçinin bəzi orta və aşağı büdcəli smartfonları da sahib olacaqlar. Bu cür smartfonlara misal olaraq POCO F6, POCO M6, Redmi Note 13 seriyası, Redmi 12 5G, Redmi 12C, Redmi Note 12 və Redmi 12-ni gətirmək olar. Redmi Note 12 5G və Redmi Note 12 Pro-ya gəldikdə isə onlar 3 illik dəstək müddətinə sahib olacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
technote.az

1Mənbələr