AZ

Büdcəli POCO Buds X1 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

     POCO brendi POCO M6 Plus 5G smartfonu ilə yanaşı həmçinin POCO Buds X1 adlı naqilsiz qulaqlığını da təqdim edib. Beləliklə POCO Buds X1 qulaqlıqları vakuum konstruksiyasını əldə ediblər və onlara 12.4 mm-lik audio drayver quraşdırılıb. Bu qulaqlıqların büdcəli olmalarına baxmayaraq onlar ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyirlər. Bunun sayəsində qulaqlıqlar ətraf səs-küyü 40 dB-ə (desibel) kimi boğa bilirlər.     Qulaqlıqlar həmçinin Bluetooth 5.3 və Android cihazlara sürətli qoşulmanı təmin edən Google Fast Pair texnologiyasının dəstəyinə sahibdirlər. Qulaqlıqların gövdələri IP54 standartı üzrə tozdan və nəmişlikdən qorunma özəlliyini əldə ediblər. Məlumata əsasən onlar bir dəfə şarj olunandan sonra 7 saat (şarj keysi ilə birlikdə 36 saat) çalışa bilirlər. POCO Buds X1 5 avqust tarixində satışa çıxacaq və onun qiyməti 20$ təşkil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
technote.az

1Mənbələr