AZ

Argentinalı hücumçu PSJ yolunda

"Mançester Siti" və PSJ Xulian Alvaresin transfer danışıqlarına gələn həftə start verəcək.

İdman.biz xəbər verir ki, bu barədə argentinalı jurnalist məlumat yayıb.

Argentina yığmasının hücumçusu PSJ-nin əsas transfer hədəflərindən biridir. Alvaresin Mançester klubu ilə 2028-ci ilin yayına kimi müqaviləsi var.

Qeyd edək ki, Xulian 2023/2024 mövsümündə bütün turnirlərdə 54 oyunda 19 qol və 13 ötürmə ilə yadda qalıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
idman.biz

2Mənbələr