AZ

Məşhur məşqçi karyerasını başa vurdu

Avropada əməkdaşlıq etdiyi klublarla bir çox uğurlara imza atan və son olaraq İngiltərə Premyer Liqa komandası "Liverpul"da çalışan alman məşqçi Yurgen Klopp karyerasını bitirmək qərarına gəlib.

Demokrat.az xəbər verir ki, Klopp qərarı ilə bağlı verdiyi açıqlamada, “Bu gündən etibarən məşqçilik karyeram mənim üçün bitdi. Bu qərarı bir anlıq həvəslə verməmişəm, bu, ümumi qərar idi. Dünyanın ən yaxşı klublarını çalışdırmışam. Bəlkə bir neçə aydan sonra bu məsələ ilə bağlı yenidən danışa bilərik” deyib.

Alman məşqçinin bu sözləri karyerasını yenidən davam etdib-etməyəcəyi ilə bağlı suallar yaradıb.

Ötən mövsüm Klopp illik 17,4 milyon dollar maaşla ən çox qazanan 3-cü məşqçi olub. 

Jurgen Klopp FourFourTwo jurnalına görə 29-cu ən yaxşı məşqçi seçilib. 

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
demokrat.az

1Mənbələr