AZ

"İranda İsmayıl Haniyəyə endirilən zərbə birbaşa İran rəsmilərinə də bir mesaj idi" — Politoloq

“İsrailin İranın konkret olaraq ölkəyə gələn qonağa hücum etməsi onu göstərdi ki, hər hansı bir hərəkətlilikdə İran rəsmiləri İsrailin hədəfində ola bilər”. 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, İsrailin İranda HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı təşkil etdiyi sui-qəsd, əlbəttə ki, Yaxın Şərqdə yeni bir böhrana gətirib çıxaracaq: 

“Ümumiyyətlə, İsrailin əsas məqsədi HƏMAS-ın liderlərini aradan götürmək və onu tamamilə zəiflətməkdir. Məhz İranda İsmayıl Haniyəyə endirilən zərbə birbaşa İran rəsmilərinə də bir mesaj idi. Bu mesaj ilə İsrail bildirdi ki, İran onunla bu kimi siyasətdə diqqətli olmalıdır. Bununla aydın oldu ki, İran İsrailə qarşı hər hansı hərbi hərəkətliliyə əl atsa, birbaşa İran rəsmiləri İsrailin hədəfində ola bilər. 

Həmçinin, İranın havadan müdafiə sistemi və təhlükəsizlik strukturlarının heç də güclü müdafiəyə malik olmadığı bəlli oldu. İsrailin İranın ürəyində ölkəyə gələn qonağı sıradan çıxarmaq kimi imkanlara malikdir. Bununla da İsrail göstərdi ki, İranın zəif əlaqələrini bilir və istənilən yerdə onu vura bilər”. 

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
demokrat.az

1Mənbələr