AZ

OnePlus Buds Pro 3-nun yeni fotoları və bəzi texniki imkanları təqdim edilib

     SmartPrix saytı OnePlus-ın hələ təqdim edilməmiş yeni naqilsiz qulaqlığının fotolarını və bəzi imkanları barəsində məlumatları təqdim edib. Söhbət, OnePlus Buds Pro 3-dən gedir. Təqdim edilmiş fotolara əsasən qulaqlıqlar vakuum konstruksiyasına sahib olacaqlar. Şarj keysi isə oval formaya sahib olacaq. Məlumatda qeyd edilib ki, OnePlus Buds Pro 3 ikili audio drayver ilə təchiz olunacaq. Audio drayverlərdən biri 11 mm-lik, digəri isə 6 mm-lik olacaq.     Bununla yanaşı qulaqlıqların gövdələri IP54 standartı üzrə nəmişlikdən qorunma özəlliyinə sahib olacaqlar və ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyəcəklər. Bu funksiya sayəsində qulaqlıqlar ətraf səs-küyü 50 dB-ə (desibel) kimi boğa biləcəklər. Məlumatda həmçinin qeyd edilib ki, OnePlus Buds Pro 3 Bluetooth 5.4 dəstəyinə sahib olacaq və bir dəfə şarj olunandan sonra 43 saat ərzində çalışa biləcək. Çox güman ki, OnePlus Buds Pro 3 yaxın aylar ərzində təqdim ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
technote.az

1Mənbələr