AZ

Olimpiya rekordumuz TƏKRARLANIB

Azərbaycanın Olimpiadalar tarixinindəki rekordu təkrarlanıb.

İdman.biz xəbər verir ki, olimpiyaçılarımız Paris-2024-də artıq iki qızıl medal qazanıb.

Cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) Fransa paytaxtında çempion olub. Azərbaycanın eyni Olimpiadada 2 qızıl medala yiyələnməsi tarixin rekordunun təkrarıdır.

Buna 3-cü dəfə təsadüf olunur. Sidney-2000 və London-2012-də də Azərbaycan himni iki dəfə səsləndirilib. Avstraliyada sərbəst güləşçi Namiq Abdullayevlə stend atıcısı Zemfira Meftəhətdinova, Braziliyada isə sərbəst güləşçilər Şərif Şərifovla Toğrul Əsgərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rio-2016-dakı mütləq rekord da Paris-2024-də təkrarlanıb. Söhbət bir idman növündə 2 qızıl medal qazanılmasından gedir. 8 il əvvəl sərbəst güləş, bu dəfə isə cüdo yığmamız tarixi nailiyyətə imza atıb.

Zelim həm də karyerası ərzində həm dünya, həm Avropa, həm Olimpiya çempionu olan 5-ci Azərbaycan idmançısı olub. Ona qədər stend atıcısı Zemfira Meftəhətdinova, sərbəst güləşçi Şərif Şərifov, taekvondoçu Radik İsayev və cüdoçu Hidayət Heydərov bunu bacarıb. Cüdo bu siyahıda iki təmsilçisi olan ilk idman növü olub.

Qeyd edək ki, Hidayət də “het-triki” Parisdə gerçəkləşdirib.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
idman.biz

1Mənbələr