AZ

"Marsel"dən Premyer Liqa klubuna

"Marsel"in seneqallı yarımmüdafiəçisi İsmaila Sarr karyerasını İngiltərədə davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki,  26 yaşlı futbolçu bundan sonra “Kristal Pelas”ın uğurları üçün oynayacaq.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Sarr ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb. Seneqallı futbolçunun transferi İngiltərə klubuna bonuslarla birlikdə 16 milyon avroya başa gəlib.

Seneqal millisinin üzvü Fransa Liqa 1-in başa çatmış mövsümündə "Marsel"in heyətində 23 oyuna çıxıb, üç dəqiq zərbə və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
90deqiqe.az

1Mənbələr