AZ

Ərdoğan Papa ilə söhbətində dünya üçün təhlükədən danışdı


“İsrailin Qəzza zolağındakı hərəkətləri soyqırım miqyası alıb, bəzi dövlətlərin dəstəyi ilə həyata keçirilir və region və bütün bəşəriyyət üçün təhlükə yaradır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransisklə telefon danışığında bildirib.
“Prezident Ərdoğan İsrailin Qəzza zolağına hücumlarının soyqırıma çevrildiyini, ciddi humanitar böhranın yaşandığını və bəzi dövlətlərin ona verdiyi diplomatik, iqtisadi və hərbi çətir altında İsrailin kütləvi qətllər törətdiyini bildirib”, - məlumatda deyilir.
Ərdoğanın sözlərinə görə, İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi və İsrailin Livana hücumu bir daha göstərdi ki, o, bütün region, dünya və bəşəriyyət üçün təhdiddir.
Seçilən
50
yeniavaz.com

1Mənbələr