AZ

Ukrayna Hərbi Dəniz Qüvvələri üçün ikinci korvet Türkiyədə suya salınıb

...Türkiyədə, cümə axşamı, avqustun 1-də, Ukrayna Hərbi Dəniz Qüvvələri üçün tamamlanan ikinci Ada sinif korveti olan Getman İvan Vıxovski suya buraxılıb.

SİA xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb. Dənizə buraxılış mərasimi İstanbuldakı RMK Marine tərsanəsində baş tutub. Tədbirdə Ukraynanın birinci xanımı Yelena Zelenskaya, müdafiə naziri Rustem Umerov və Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa iştirak ediblər.

Ukrayna prezidenti Vladimir Zelenski gəmiyə hələ 2023-cü ilin martında ad verib. Sonra qeyd olundu ki, bu ad “milli ordunun tarixi ənənələrini bərpa etmək, Zaporojye ordusunun görkəmli Ukrayna hərbi, siyasi və dövlət xadimi getmanı İvan Vıqovskinin xatirəsini əbədiləşdirmək məqsədi ilə” verilib.

Qeyd edək ki, 18 avqust 2023-cü ildə Ukrayna Hərbi Dəniz Qüvvələri Türkiyənin Ukrayna üçün ikinci Ada sinif korveti inşa edəcəyini açıqladı.

Onu da qeyd edək ki, bu, artıq Ankaranın Ukrayna üçün hazırladığı ikinci korvetdir. 2022-ci ilin oktyabrında birincisi getman İvan Mazepa buraxılıb.

Bu ad da prezident Vladimir Zelenski tərəfindən verilib.

Yeri gəlmişkən, getman İvan Mazepa Hərbi Dəniz Qüvvələri üçün bu sinifdən olan ilk gəmi olub.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
sia.az

1Mənbələr