AZ

"Paychi Group" işçi axtarır - 800-1000 MANAT - VAKANSİYA

Paychi Group

Aparıcı mühasib

 Son tarix 01 sen 2024 - [email protected]

İşin təsviri:

  • Cəmiyyətin maliyyə ehtiyaclarını müəyyən edir, işin tələblərinə əsasən gündəlik fəaliyyətləri planlaşdırır, avtomatlaşdırılmış mühasibatlıq sistemlərinin seçilməsi və istifadəsi barədə məslətlər verir;
  • İnventarizasiya ilə əlaqədar məlumatları, əmək haqqı, müavinət, ezamiyyə, vergi, sığorta və digər ödənişlər ilə əlaqədar məlumatları hazırlayır;
  • Müvafiq məhsullar, xidmətlər və təşkilati bölmələr üzrə xərcləri bölüşdürür, hesablamaların düzgün və cəmiyyət tərəfindən müəyyən olunmuş prosedurlara uyğun aparılmasını təmin edir və məlumatları yoxlayır, gəlir və xərcləri əsaslandırır, cəmiyyətin fəaliyyət məqsədlərinə uyğunluğunu təmin edir;
  • Hesab-fakturaları, electron qaimə fakturaları və digər xərc sənədlərini hazırlayırlanmasına nəzarət edir, sifarişçilər tərəfindən edilmiş ödənişlərin qeydiyyatını aparır və müştərilər ilə əlaqədar məlumatları yeniləyir, satınalmaların qeydiyyatını aparır;
  • Mühasibat uçotunu və dövlət orqanlarına maliyyə hesabatlarını hazırlayır, hesabatlıq və prosedur normalarına düzgün, tam və uyğun olmasını qiymətləndirmək üçün yoxlayır və nəzarət edir, hesablar üzrə məlumatlardan istifadə etməklə maliyyə əməliyyatlarını sənədləşdirir;
  • Toplanmış məlumatlar əsasında mövcud maliyyə vəziyyətini öyrənir, balans, mənfəət və zərər haqqında hesabat, o cümlədən digər hesabatları hazırlayır, sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləyir və ödənişləri həyata keçirilməsinə nəzarət edir;
  • Maliyyə uyğunsuzluqlarını yoxlayır və aradan qaldırılması üzrə müvafiq tədbirlər görür, daxili yoxlamalar vasitəsi ilə maliyyə təhlükəsizliyini təmin edir;
  • Gəlir və xərclər üzrə tendensiyalar, habelə maliyyə öhdəlikləri üzrə məsləhətlər verir, vergi, sosial sığorta və s. ödənişlərin icrasına nəzarət edir; 
  • Cəmiyyəti sifarişçilər və dövlət orqanları (vergi, sosial müdafiə, statistika və s.) qarşısında maliyyə məsələləri ilə əlaqədar arbitraj (məhkəmə) çəkişmələri zamanı yardım göstərir;
  • Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlayır, hesablanmış vergilərin və sığorta haqlarının vaxtında ödənilməsinə nəzarət edir;
  •  Büdcələr (smetalar) üzrə gəlir və xərcləri yoxlayır, bank ilə bağlı əməliyyatların (ödəniş tapşırığı, çek əsasında vəsaitin nağdlaşdırılması, elektron bankçılıq və s.) yerinə yetirilməsinə nəzarət edir;
  • Cari maliyyə-mühasibat hesabatlarını hazırlayır, aidiyyəti üzrə təqdim edir və şərhlər verir, maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlayır, audit (daxili və ya xarici) hesabatlarında aşkarlanmış xətaları müvafiq şəxslərlə müzakirə edir və aradan qaldırılmasında köməklik göstərir.
  • 1C proqram təminatı üzrə icra edilmiş əməliyyatlara nəzarət edir və hesabatlılıq üzrə yaranmış problemlərin aradan qaldırlmasında köməklik göstərir.

Tələblər:

  • Maliyyə, mühasibatlıq və əlaqəli sahələr üzrə ali təhsil;
  • MS office proqramları ilə işləmə bacarığı (xüsusilə yüksək səviyyədə Excel bilikləri);
  • Vergi qanunvericiliyini yüksək səviyyədə bilmək
  • ACCA, CFA, CIMA və yaxud analoji sertifikatların olması (və ya çox hissəsinin verilməsi) üstünlükdür;
  • Maliyyə sahəsində ən az 3 il iş təcrübəsi;
  • Komandada işləmək və analitik düşünmə bacarığı
  • Dil bilikləri: İngilis və Rus dillərində səlis danışıq (işgüzar yazışmalar vacib deyil)

Şərtlər:

  • Tam iş günü
  • Yaş- 24-40
  • Rəsmi işəqəbul
  • Gənc və dinamik mühitdə işləmık
  • Ofis şəhərin mərkəzində yerləşir (m. İçəri Şəhərf)
  • Maaş 800-1000 AZN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
fed.az

1Mənbələr