AZ

Şəhidlərin  xatirəsinə həsr olunmuş rayon birinciliyi

Yardımlı rayonunda Vətən, torpaq naminə canını fəda edən şəhidlərin  xatirəsi həmişə əziz tutulur, böyük ehtiramla yad edilir.  Dağlar diyarında  bu günlər keçirilən  sərbəst güləş üzrə U-15 kiçik yaşlı yeniyetmələr arasında açıq rayon birinciliyi  də  Vətən şəhidlərin xatirəsinə həsr olunmuşdu.

Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı İdman Kompleksinin təşkilatçılığı,  Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Babaşovun dəstəyi  sayəsində Yardımlı İdman Kompleksində  baş tutan  yarışın açılış mərasimində   əvvəlcə dövlət himni oxundu,  Vətən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun,  Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Babaşovun, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Yardımlı rayon şöbəsinin rəisi İlqar Məmmədovun, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti, "Olimp sport” jurnalının baş redaktoru Ramin Allahverdiyevin, şəhid valideynlərinin, müharibə veteranlarının və rayon ziyalıların qatıldığı birinclikdə  ilk söz alan rayon rəhbəri yarış iştirakçılarını salamlayaraq dedi:-  Ölkəmizdə idmana böyük  diqqət və qayğı göstərilir.  Bu yarış də  təkcə idman hadisəsi kimi deyil, həm də mənəvi əhəmiyyət kəsb edən bir tədbir kimi mühüm əhəmiyyət daşıyır.  Yarışın təşkilində əsas məqsəd isə Vətənin azadlığı, xoşbəxt gələcəyimiz naminə qan töküb tarix yazan şəhidlərin  əziz ruhunu yad etməkdən ibarətdir.

Yarışın təşəbbüskarı, polis polkovniki Rauf Babaşov çıxış edərək  şəhidlik zirvəsinin müqəddəsliyindən danışıb və turnirin əhəmiyyətinə yüksək qiymət verməklə belə yarışların bölgə idmançılarının inkişafı üçün əhəmiyyətini xüsusi olaraq vurğuladılar.  Şəhid atası Ədalət Qarayev və  şəhid anası Rəsmiyə xanım  öz növbəsində  yarışın təşkilatçılarına minnətdarlığını bildiriblər, Vətən  torpaqlarının azadlığı və dövlətimizin suverenliyi uğrunda döyüşmüş qəhrəmanların gələcək nəslə tanıdılmasında bu cür yarışların müstəsna rol oynadığını dedilər.

Çıxışlardan sonra yarışın baş hakimi, güləş üzrə beynəlxalq dərəcəli hakim, Yardımlı rayon Polis Şöbəsinin rəis müavini Tural Əliyev birinciliyə start verdi. Lənkəran, Cəlilabad, Astara, Masallı, Biləsuvar və AİJA güləş komandasını təmsil edən 100-ə yaxın idmançı qələbə uğrunda  mübarizəyə başladılar.  Gərgin və maraqlı keçən yarışın yekununda 10 çəki dərəcəsi üzrə ilk üç yeri tutan idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif edildilər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
ikisahil.az

2Mənbələr