AZ

16 yaslı qız internetdə yazışdığı şəxslə tanış olmaq üçün görüşdü, təcavüzə uğradı

Almaniyada dəhşətli hadisə baş verib.

32gun.az "Bild" nəşrinə istinadən xəbər verir ki, məktəbli qız sosial şəbəkədə 26 yaşlı kişi ilə tanış olub və iyulun 24-də şəhərin daxilində böyük bir meşə olan Drezden Hitdə onunla görüşməyə razılaşıb. O, yeni tanışı ilə maşına minib və təcavüzkar bıçaq çıxarıb. O, gənc sərnişinin boğazına bıçaq qoyub və onu silahla hədələyərək zorlayıb.

Şübhəli ertəsi gün qurbanının qoyub getdiyi ətraflı təsvir sayəsində həbs edilib. Məlum olub ki, həmin şəxs uşaqlara qarşı zorakılıqda təqsirli bilinib və cinayət törətdiyi vaxt hələ də məhkəmə nəzarətində olub.

Məlumdur ki, 2020-ci ilin mayında o, Ştutqartda yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığını pozduğuna görə üç il müddətinə azadlıqdan məhrum edilib. O, əvvəllər də dələduzluq və yol hərəkəti qaydalarını pozmaqda təqsirli bilinib. Kişi ilə bağlı son hadisə ilə bağlı istintaq davam edir.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
32gun.az

1Mənbələr