AZ

Paris Olimpiadasında daha bir kruioz hadisə: qadın cinsiyyəti şübhəli olan boksçu rəqibinin burnunu sındırdı

Paris Olimpiadasında qadın cinsiyyəti şübhə altına alınan italiyalı Anjela Karini ilə əlcəzairli İman Xelif arasında keçirilən boks görüşü 47 saniyəyə başa çatıb.

“İndependent” yazır ki, rəqibinin ilk zərbəsindən sonra “İtaliya idmançısı göz yaşları içində mübarizəni davam etdirməkdən imtina edib”. Karininin burnunun qırıldığı güman edilir.

Qısa döyüşdən sonra italyan karyerasında heç vaxt belə güclü zərbələr almadığını etiraf edib. Nəşr qeyd edir ki, İman Xelif əvvəllər kişi olub və cinsini dəyişərək gender testindən keçə bilməyib. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. İtaliyanın baş naziri Giorgi Meloni hadisəni şərh edərkən bildirib ki, kişi genetik xüsusiyyətlərinə malik idmançılar qadınların yarışlarına buraxılmamalıdır.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
105
50
editor.az

10phrase_var_article.sources