“Zirə” bu gün Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “qartallar” Slovakiyada “DAK 1904″ün qonağı olub.İlk görüşdə "DAK 1904"ə 4 cavabsız qol vuran Rəşad Sadıqovun komandası rəqib meydanında da qalib gəlib - 2:1.
"Zirə" 3-cü mərhələdə "Osiyek"lə (Xorvatiya) üz-üzə gələcək. İlk oyun səfərdə olacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
1 avqust
22:30 "DAK 1904" (Slovakiya) – "Zirə" 1:2
Qol: Rafael Utziq, 24, Qismət Alıyev, 57-pen - Alexandro Mendez, 40
İlk oyun 4:0