AZ

BƏƏ viza rejimini pozan şəxslər üçün amnistiya elan edib

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sentyabrın 1-dən etibarən ikiay müddətində "statuslarını nizamlamaq" və ya cərimələrdənyayınaraq ölkəni tərk etmək imkanı verən viza rejimi pozanlar üçüncəzanın təxirə salınması barədə qərar qəbul edib.

Trend xəbər verirki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

"İdentifikasiya, vətəndaşlıq, gömrük və liman FederalTəhlükəsizliyi İdarəsi viza rejimini pozan sakinlər üçün 1 sentyabr2024-cü ildən başlayaraq iki aylıq güzəşt müddəti təyin edib. Bumüddət ərzində qanun pozucuları statuslarını həll edə və ya cəriməolmadan ölkəni tərk edə biləcəklər", - hökumətin mətbuat xidmətibildirib.

Mövcud qanunvericiliyə görə, BƏƏ sakinlərinə viza ləğvedildikdən və ya müddəti bitdikdən sonra ölkəni tərk etmək və yastatuslarını dəyişdirmək üçün altı ay vaxt verilir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
az.trend.az

1Mənbələr