AZ

Axşam saatlarında faciə! Səkidə avtomobilin vurması nəticəsində 5 uşaq ölüb

Şanliurfa Akçakale şosesində qorxunc qəza baş verib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Eyyübiyə Milli Bağçası yaxınlığında idarəetmədən çıxan avtomobil səkidə olan piyadaları vurub, daha sonra dayanmış 2 avtomobilə çırpılıb.

Qəza zamanı səkidə olan iki uşaq hadisə yerində dünyasını dəyişib. Qəzada yaralanan 6 nəfər təcili yardım maşınları ilə müxtəlif xəstəxanalara aparılıb.

Müalicə altında olan daha 3 uşağın həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanada müalicə alan 3 yaralıdan birinin vəziyyətinin ağır olduğu öyrənilib.

Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Kasım Gülpınarla birlikdə hadisə yerində araşdırma aparan vali Həsən Şıldak jurnalistlərə açıqlamasında bildirib ki, Eyyubiyə mahalı Akçakale yolunda faciəvi yol qəzası baş verib.

Nilay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
32gun.az

1Mənbələr