AZ

Venesuela etiraz aksiyalarının tamamilə yatırıldığını elan edib

Venesuelada baş tutan prezident seçkilərindən sonra keçirilən etiraz aksiyaları tamamilə yatırılıb və bu müddət ərzində 80-dən çox polis və hərbçi yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu mətbuata açıqlaması zamanı ölkənin baş prokuroru Tarek Uilyam Saab bildirib.

“Bazar ertəsi günortadan axşama qədər və çərşənbə axşamı bir neçə saat arasında baş vermiş bütün iğtişaşlar tamamilə yatırılıb. Bu, alqışa layiqdir. Çünki dövlətin təhlükəsizlik qüvvələri, məhkəmələr və prokurorlar dərhal hərəkətə keçiblər”.

Qeyd edək ki, Venesuelada keçirilən prezident seçkilərinin nəticələri iyulun 28-də elan edildikdən sonra kütləvi etirazlar başlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
3
apa.az

4Mənbələr