AZ

Fransa həbsxanalarında məhbusların sayı rekord həddə çatıb

Fransa həbsxanalarındakı məhbusların sayı 78,5 min nəfərə çataraq yenidən rekord yeniləyib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" Fransa Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, cəzaçəkmə müəssisələrindəki məhkumların sayı son 10 ayda daim artıb, penitensiar müəssisələrdə orta doluluq göstəricisi isə 126,9 faizə çatıb. 19 müəssisədə isə bu rəqəm hətta 200 faizi də ötüb. Qurumun məlumatına görə, bununla əlaqədar 3,5 min məhbus döşəmədə yatmağa məcburdur.

Bildirilir ki, məhkəmə qərarını gözləyən və ya qısamüddətli həbs cəzası çəkən fransızların olduğu cəzaçəkmə müəssisələrindəki vəziyyət daha acınacaqlıdır. Orada orta doluluq 152,3 faizə çatır.

Daha əvvəl Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dəfələrlə Fransa həbsxanalarındakı bu vəziyyəti pisləyib. Keçən ilin iyulunda AİHM Fransada həbsxanalarla bağlı xroniki problem olduğunu açıqlayıb, şəraitin olduqca pis olduğunu və vəziyyəti yaxşılaşdırmaq üçün məqsədyönlü heç bir tədbirin görülmədiyini bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
5
milli.az

7Mənbələr