AZ

Britaniya səfiri: Zelim Kotsoyevin performansı möhtəşəm idi

Britaniya

London, 2 iyul, AZƏRTAC

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld "Paris-2024" Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyevin performansını möhtəşəm adlandırıb.

AZƏRTAC xəbər verir ki, səfir bu barədə özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Cüdoçu Zelim Kotsoyev möhtəşəm performansı ilə Azərbaycanın medal hesabına ikinci qızılı əlavə etdi. Azərbaycanlı cüdoçular Parisdə xarüqələr yaradır”, - deyə o qeyd edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
3
azertag.az

6Mənbələr