AZ

“Cinayətkarlara açıq mesaj verdik”

Polis ABŞ-ın Kaliforniya ştatında keçirilən San Dieqo Komik-Kon komiks sərgisinə soxularaq seks alveri qurbanlarını xilas edib. ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyatçıları və San Dieqo polisləri da daxil olmaqla San Dieqo İnsan Alveri İşçi Qrupu yarmarkada seks alveri ilə məşğul olduğu aşkarlanan 14 nəfəri yaxalayıb.

Kaliforniyanın Baş prokuroru Rob Bonta iyulun 30-da 16 yaşlı qız da daxil olmaqla 10 seks alveri qurbanının xilas edildiyini açıqlayıb.

25-29 iyul tarixlərində keçirilən yarmarkaya təxminən 135 min insanın qatıldığı bildirilib.

“Təəssüf ki, seks alveri şəbəkələri Komik-Kon kimi irimiqyaslı tədbirlərdən istifadə edərək öz qurbanlarını mənfəət üçün istismar edirlər”, –  Bonta deyib.

Kaliforniya Baş prokuroru əməliyyatın müvəffəqiyyətlə keçdiyini bildirərək, “Potensial cinayətkarlara etdikləri əməllərə döz bağlamayacağımızla bağlı açıq mesaj verdik”, – deyib.

Komik-Kon təşkilatçıları əməliyyatın onlara xəbər verilmədən keçirildiyinə diqqət çəkərək, “Təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edirik, əlimizdən gələni edirik”, – deyiblər.

Əməliyyat çərçivəsində polis seks ticarəti ilə məşğul olan dəstə üzvləri ilə onlayn əlaqə saxlayıb. Bildirilib ki, bir müddət təqib edilən cinayətkarlar yarmarkadakı fəaliyyətləri yoxlanıldıqdan sonra hadisə yerindən kənarda yaxalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
vaxt.az

1Mənbələr