Müdafiə Nazirliyinin 24 milyon 234 minlik mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) ilə növbəti məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov məhkəməyə bir neçə vəsatət təqdim edib.
O bildirib ki, Zahid Niftəliyevin burada oturmasının əsas səbəblərindən biri "Ata Bank"ın İdarə Heyətinin sədri Dəyanət Quliyevdir: "Xahiş edirəm ki, Dəyanət Quliyevin məhkəmədə dindirilməsi təmin edilsin. Eyni zamanda bu işin səbəbkarlarından biri də Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovdur. Nəcməddin Sadıkov ilə mərhum vergilər naziri arasında kreditin verilməsi ilə bağlı razılıq olub. Biz bununla bağlı istintaqa materiallar təqdim etmişik. Lakin istintaq Nəcməddin Sadıqovu dindirməyib. Xahiş edirəm ki, o məhkəməyə çağırılaraq dindirilsin".