AZ

Sel körpünü qəzalı vəziyyətə saldı - Rayon mərkəzi ilə əlaqə kəsildi

Sel körpünü qəzalı vəziyyətə saldı - Rayon mərkəzi ilə əlaqə kəsildi

Tovuz rayonunun İsakənd kəndində yerləşən körpünün dayaqlarını sel suları yuyaraq qəzalı vəziyyətə salıb.

"Qafqazinfo" Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər müvəqqəti olaraq taxta materiallardan piyadaların keçməsini təmin ediblər.

Sakinlərin rayon mərkəzi və ətraf ərazilərlə əlaqəsi kəsilib.

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən kənddə mövcud vəziyyətdən xəbərdardırlar və bu barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb. Aramsız leysan xarakterli yağışlar nəticəsində yaranan sel kənddə elektrik dirəklərini də yuyub.

"Azərişıq" ASC tərəfindən sözügedən kənd və ətraf ərazilərdə növbəli şəkildə yeni dayaq və naqillərin çəkilməsinə başlanılıb.

Daha ətraflı videomaterialda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
8
sonxeber.az

3Mənbələr