AZ

Avrokuboklardakı sindrom qırılıb

Azərbaycan klublarının avrokuboklarında penalti seriyasında uğursuz çıxışı başa çatıb.

İdman.biz xəbər verir ki, “Sabah” Hayfa “Makkabi”sini “lotereya”da 3:2 hesabı ilə məğlub edib.

Konfrans Liqasının II təsnifat mərhələsinə səfərdəki 3:0 hesablı qələbə ilə başlayan Bakı klubu evdə məğlubiyyətə üzülüb - əlavə vaxtda 3:6. Təmsilçimiz cütün taleyini penaltilər seriyasında həll edib.

Bu, Azərbaycan klublarının avrokuboklarda 11-ci belə “lotereya”sı olub. İlk dəfə təmsilçimiz penaltilərlə qalib gəlib.

Bunadək ardıcıl 10 məğlubiyyət qeydə alınıb. Azərbaycan klublarının uğursuz tendesiyası 1998/1999 mövsümündən start götürüb. O vaxt "Bakı fəhləsi" "lotereya"da uduzub. Bu seriyanın son “qurbanı” iki həftə əvvəl “Şerif”ə yenilən "Zirə" olub.

Maraqlıdır ki, bu sindroma Azərbaycan futbol tarixində ən yaxşı penalti ifaçısı kimi iz qoyan İqor Ponomaryovun çalışdığı klub qoyub.

Azərbaycan klublarının Avropa kuboklarında penalti seriyaları

Mövsüm

Turnir

Oyun

Nəticə

1998/99

İntertoto kuboku

"İnkaras" (Litva) – "Bakı fəhləsi"

1:0, 0:1, pen. 5:4

2007/08

İntertoto kuboku

"Bakı" – "Daçiya" (Moldova)

1:1, 1:1, pen. 1:3

2012/13

Avropa Liqası

"İnter" – "Asteras Tripolis" (Yunanıstan)

1:1, 1:1, pen. 2:4

2010/11

Çempionlar Liqası

"İnter" – "Lex" (Polşa)

0:1, 1:0, pen. 8:9

2014/15

Avropa Liqası

"Elfsborq" (İsveç) – "İnter”

0:1, 1:0, pen. 4:3

2020/21

Avropa Liqası

"Keşlə" - "Laçi" (Albaniya)

0:0, pen. 4:5

2020/21

Çempionlar Liqası

"Qarabağ" – "Molde" (Norveç)

0:0, pen. 5:6

2022/23

Konfrans Liqası

"Qarabağ" – "Gent" (Belçika)

1:0, 0:1, pen. 3:5

2023/24

Konfrans Liqası

"Sabah" – "Partizan" (Serbiya)

2:0, 0:2, pen. 4:5

2024/25

Avropa Liqası

"Zirə" – "Şerif" (Moldova)

1:0, 1:2, pen. 4:5

2024/25

Konfrans Liqası

“Sabah” – “Makkabi” (Hayfa, İsrail)

3:0, 3:6, pen. 3:2

* 2020/2021 mövsümündə mərhələ tək oyundan ibarət olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
idman.biz

2Mənbələr