İsrail ordusu tərəfindən Qəzzada saxlandıqdan sonra azad edilən fələstinli məhbuslar həbsxanalarda ağır fiziki və psixoloji işgəncələrə məruz qaldıqlarını bildiriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qəzza zolağında müxtəlif vaxtlarda və yerlərdə İsrail hərbçiləri tərəfindən nəzarətə alınan və işgəncələrə məruz qalaraq sərbəst buraxılan bir qrup məhbus Qəzzanın mərkəzi hissəsində yerləşən Deyr əl-Bələh şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasına gətirilib.
Bədənlərinin bir çox yerində işgəncə izləri olan və taqətdən düşmüş fələstinlilər AA müxbirinə çəkdikləri işgəncələri danışıblar.
Sərbəst buraxılan məhbuslardan Mahmud Basim Mahmud Əhməd İsrail ordusunun məhbusları üz üstü yatırdıdığını, üzərinə itlər çıxardığını və elektrik cərəyanı vurduğunu bildirib.