AZ

Apple şirkətinin gəliri və mənfəəti artıb

Maliyyə təqvimində aprel-iyun dövrünü 3-cü rüb hesab edən ABŞ-ın Apple şirkəti balans hesabatını açıqlayıb.

Marja.az hesabata istinadən xəbər verir ki, şirkətin gəliri bu dövrdə illik müqayisədə 5 faiz artaraq 85,8 milyard dollar təşkil edib. Apple ötən ilin eyni dövründə təxminən 81,8 milyard dollar gəlir əldə etmişdi.

Apple-ın bu dövrdəki gəliri üçün bazar proqnozu 84,5 milyard dollar idi.

Şirkətin xalis mənfəəti eyni dövrdə 7,9 faiz artaraq 21,4 milyard dollara çatıb. Şirkət ötən ilin aprel-iyun dövründə 19,9 milyard dollar mənfəət əldə etdiyini açıqlamışdı. 

Şirkətin səhm üzrə mənfəəti bu müddət ərzində 1,26 dollardan 1,40 dollara yüksəlib. Bazarın proqnozu Apple-ın səhmbaşına mənfəətinin 1,35 dollar olacağı idi.

iPhone satışları azalıb, iPad və Mac satışları artıb

Bu dövrdə Apple-ın iPhone satışlarında azalma, Mac və iPad satışlarında isə artım müşahidə olunub. Aprel-iyun dövründə iPhone satışlarının məbləği illik 0,9 faiz azalaraq 39,3 milyard dollar olub. Bu azalmaya baxmayaraq, iPhone satışlarından əldə edilən gəlir bazarın proqnozundan yüksək olub.

Eyni dövrdə iPad satışları 23,7 faiz artaraq 7,2 milyard dollara, Mac satışları isə 2,5 faiz artaraq 7 milyard dollara çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
50
marja.az

10Mənbələr