AZ

Fasilə bitdi: Azərbaycan Premyer Liqasında mövsüm başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, I turun açılış matçında son çempion "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

"Liv Bona Dea Arena”dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Qeyd edək ki, turun digər qarşılaşmaları 3-4 avqustda gerçəkləşəcək.

Premyer Liqa
2024/25 mövsümü
I dövrə, I tur

2 avqust
20.00 Araz-Naxçıvan - Qarabağ
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Liv Bona Dea Arena.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
qaynarinfo.az

10Mənbələr