AZ

Türkiyədə“Instagram”a giriş bloklanıb

Müəllif:Ayşən İmanova/Banco.az

Türkiyədə milyonlarla istifadəçisi olan “Instaqram” sosial media platformasına giriş bloklanıb.

Banco.az xəbər verir ki, şəbəkə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən bağlanıb.

Qurumun rəsmi saytında yerləşdirilən məlumata görə, bu gün səhər saatlarından etibarən ölkə ərazisində “Instagram”a giriş bloklanıb. Qadağanın nə ilə bağlı olması və nə vaxta qədər davam edəcəyi haqqında isə hər hansı bir məlumat verilmir.

“CNBC” telekanalının məlumatına görə, Texnologiya Şurası sosial şəbəkələrin işini məhdudlaşdırmaq üçün öz səlahiyyətlərindən istifadə etmək hüququna malikdir, lakin onun qərarı 24-48 saat ərzində məhkəmələr tərəfindən təsdiqlənməlidir. “Instaqram”la bağlı hökmün Ankara məhkəməsi tərəfindən avqustun 2-də gün ərzində veriləcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
banco.az

1Mənbələr