AZ

Hakan Fidandan HƏMAS-a başsağlığı - SƏDR MÜAVİNİ İLƏ GÖRÜŞÜB

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada Həmas Siyasi Bürosunun sədr müavini Xalid Meşal ilə görüşərək başsağlığı verib.

News365.az xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyənin dəfn mərasimində iştirak etmək üçün Qətərin paytaxtı Dohaya gəlib. Hakan Fidan Dohada Həmas Siyasi Bürosunun sədr müavini Xalid Meşal ilə görüşüb. Fidan ona başsağlığı verib.

Həmçinin, iclasda İsmayıl Haniyənin iki oğlu Əbdüsselam və Hemmam da iştirak edir.

Qeyd edək ki, Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etdiyi İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülüb.


Seçilən
66
50
news365.az

10Mənbələr