Adrien Rabio karyerasını İngiltərədə davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, hazırda azad agent olan yarımmüdafiəçi ilə "Arsenal" yaxından maraqlanır. Məlumatı "La Gazzetta dello Sport” yayıb. Mənbənin məlumatına görə, futbolçunun agenti və anası Veronik son həftədə bir çox klublarla danışıqlar aparır. Yekunda "Arsenal"la razılıq əldə olunub.

Qeyd edək ki, "Mançester Yunayted" və "Liverpul"un da fransalı ilə maraqlandığı bildirilirdi.