AZ

Ukraynada Rusiya xüsusi əməliyyat qrupunun zabitləri məhv edildi - SİYAHI

Rusiya mənbələri 322 Xüsusi Əməliyyat Mərkəzinin bir qrup mütəxəssisinin Çerniqov vilayətində pusquya düşdüyünü təsdiqləyib.

Bakuinfo.net xarici mediaya istinadən xəbər verir ki, ukraynalı jurnalist Yuri Butusov özünün Telegram kanalında beş rusiyalı diversantın cəsədlərinin fotolarını yayımlayıb. Onlar iyulun 28-də Çerniqov rayonunun Mxi kəndi yaxınlığında Şimal kəşfiyyat batalyonlarından birinin kəşfiyyat qrupu tərəfindən məhv edilib.

Jurnalist bildirib ki, “Rusiya mənbələri təsdiq edir ki, ukraynalılar elitanın elitasını, Rusiya xüsusi əməliyyat qüvvələrinin ən yaxşı döyüşçülərini məhv ediblər.”

Məhv edilənlərin SİYAHISI:

* qvardiya kapitanı Larionov Vyaçeslav Andreeviç,

* qvardiya mayoru Asanov Mixail Aleksandroviç,

* qvardiya kapitanı Soldatkin Viktor Yuryeviç,

* qvardiya baş leytenant Qolovçenko Valeri Aleksandroviç,

* qvardiya mayoru Pospelov Andrey İvanoviç.

Məlumata görə, üÜmumilikdə, altı rus hərbçisinin cəsədi döyüş meydanından götürülüb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
bakuinfo.net

1Mənbələr