AZ

İsrail: "Biz ancaq Fuad Şükürü öldürdük"

"İsrail yalnız iyulun 30-dan 31-nə keçən gecə və səhər saatlarında  Livanın paytaxtı Beyrutda hücum həyata keçirib".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında çıxış edən İsrail Ordusunun sözçüsü Daniel Həcəri deyib.

İyulun 31-də İranın paytaxtı Tehranda Haniyənin öldürülməsi ilə bağlı sualı cavablandıran Həcərinin sözlərinə görə, onun öldürülməsinin arxasında İsrail ordusu dayanmayıb:

"30 iyul gecəsi Livanı vurduq və dəqiq hava hücumu ilə Hizbullahın yüksək səviyyəli komandirlərindən olan Fuad Şükürü öldürdük. Bundan başqa, Yaxın Şərqdə İsrailə məxsus hava hücumları, raketlər və ya pilotsuz uçuş aparatları olmayıb". dedi.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
bakivaxti.az

1Mənbələr